Kiyevə hava zərbələri endirilib | VİDEO

   Kiyevə hava zərbələri endirilib    | VİDEO
  29 Noyabr 2025    Oxunub:644
Rusiya Ukraynanın paytaxtı Kiyev şəhərinə və onun ətraf bölgələrinə raket və pilotsuz təyyarələrlə hücum edib.
AzVision.az Ukrayna Telegram-kanallarına istinadən xəbər verir ki, Kiyev şəhərinin meri Vitali Kliçkonun sözlərinə görə, şəhərdə 1 nəfər ölüb, 9 nəfər yaralanıb. Sonradan daha bir insanın öldüyü bildirilib. Daha 15 nəfər yaralanıb ki, onlardan da 8-i xəstəxanaya yerləşdirib.

Monitorinq mənbələrinə görə, hücumlar enerji infrastrukturu obyektlərini hədəfə alıb. Kiyevdə və ətraf qəsəbələrdə abonentlərin əksəriyyəti elektrik, su və istilikdən məhrum olub.



Bundan əlavə, vurulan dronların qalıqlarının düşməsi nəticəsində şəhərdəki yaşayış binalarına ziyan dəyib. Hücum davam edir.



Sahil İsgəndərov
AzVision.az



Teqlər: Rusiya   Kiyev   zərbələr  



Xəbər lenti